×
A
A
A
Sazlamalar

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ayrılmış ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəlinin dərc edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınma mərhələsi başa çatmış, nəticədə 8 iddiaçının namizədliyi qeydə alınmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-dan başlanan seçkiqabağı təşviqat mərhələsində qeydə alınmış namizədlər və buna hüququ olan subyektlər həm kütləvi informasiya vasitələrində, həm də qanunvericiliklə müəyyən olunmuş digər üsullarla ödənişli və ödənişsiz əsaslarla təşviqat apara bilərlər.

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Seçki Məcəlləsinin 80.5-ci maddəsində nəzərdə tutulandan (həftədə azı 3 saat) 2 dəfə artıq (həftədə 6 saat) ödənişsiz efir vaxtı ayıraraq, həmin vaxtın 3 saatını televiziyada, 3 saatını isə radioda hüququ olan subyektlər tərəfindən “dəyirmi masa” formatına uyğun istifadə edilməsi üçün təqdim etmək öhdəliyini öz üzərinə götürmüşdür. Qeydə alınmış namizədlər və namizədləri qeydə alınmış siyasi partiyaların təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası ilə İTV arasında əldə olunmuş razılığa əsasən ayrılmış efir vaxtı İTV-nin imkanları daxilində həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 19.00-da radioda, saat 22.00-da isə televiziyada istifadəçilərin sərəncamına veriləcəkdir.
Ayrılmış efir vaxtının qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəçilər arasında bölüşdürülməsi məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən püşkatma komissiyası yaradılmış, püşkatmanın keçirilmə tarixi və vaxtı müəyyən olunaraq bu barədə məlumat əvvəlcədən dərc edilmiş, maraqlı subyektlərin iştirakının təmin olunması ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür.
Hazırda püşkatma komissiyası ayrılmış efir vaxtının bölgüsünü püşkatma yolu ilə həyata keçirməli, nəticələr protokolla rəsmiləşdirilərək efir vaxtının bölgüsü cədvəli Seçki Məcəlləsinin 80.7-ci maddəsində nəzərdə tutulmuş qaydada dərc edilməlidir.
Seçki Məcəlləsinin 80.4-cü və 80.6-cı maddələrinə əsasən 75-ci maddədə göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində Məcəllənin 74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş subyektlər arasında, onların verdikləri ərizələr əsasında ödənişsiz efir vaxtının bərabər şərtlər və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçirilir. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Seçki Məcəlləsinin 77.2-ci maddəsində nəzərdə tutulan dövri nəşrlərdə dərc edilir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4 – 80.7-ci maddələrinə əsasən qərara alır:

1. Püşkatma komissiyası İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış və həftəlik ümumi həcmi 6 saat olan efir vaxtının (3 saat radioda hər dəfə 1 saat, saat 19.00-da başlamaqla, 3 saat televiziyada hər dəfə 1 saat, 22.00-da başlamaqla) bölgüsünü püşkatma yolu ilə təmin etsin.
2. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilərək, efir vaxtının bölgüsü cədvəli Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsində nəzərdə tutulan qaydada dərc edilsin.
3. Ayrılmış efir vaxtının keyfiyyətlə və vaxtında istifadəçilərin sərəncamına verilməsinin zəruriliyinə dair qanunvericiliyin tələbi İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyinin diqqətinə çatdırılsın.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr            Məzahir Pənahov


Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2018-03-19 21:28:00