×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 14.1.2-ci, 14.1.3-cü və 14.1.5-ci yarımbəndləri ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 23 fevral tarixli 97 nömrəli, 1 aprel tarixli 184 nömrəli və 3 aprel tarixli 196 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Dövlət Məşğulluq Xidmətinin Aparatı;”, “Dövlət Sosial Təminat Xidmətinin Aparatı;” və “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Aparatı;” sözləri çıxarılsın.

 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 aprel 2024-cü il

№ 215

Qərarlar 2024-04-20 11:25:00