×
A
A
A
Sazlamalar

Gürcüstanın dövlət idarə və müəssislərində dövlət bayraqları endirilib

Tbilisi, 25 fevral, AZƏRTAC
Gürcüstan parlamentinin qərarı ilə fevralın 25-i ölkədə Sovet İşğalı Günü günü elan olunub.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar olaraq bu gün dövlət idarə və müəssislərində dövlət bayraqları endirilib.
Müstəqil Gürcüstan dövlətinin sovet imperiyası tərəfindən işğalı zamanı həlak olmuş insanların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sovet İşğalı Günü ilə əlaqədar paytaxtda və bölgələrdə tədbirlər keçirilir, gənclərə sovet işğalı ilə bağlı məlumatlar verilir.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2018-02-25 11:39:00