×
A
A
A
Sazlamalar

“Ekotexnoprom” İstehsalat Birliyinin nümayəndələri azərbaycanlı tərəfdaşları ilə tanış olublar

Bakı, 24 fevral, AZƏRTAC

Tatarıstan Respublikasının “Ekotexnoprom” İstehsalat Birliyinin nümayəndələri Bakıda işgüzar səfərdə olublar.
Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, daimi nümayəndəlik bu müəssisənin nümayəndələrinin Azərbaycanda potensial tərəfdaşları ilə görüşlərinin təşkil olunmasına və keçirilməsinə kömək edib.
“Azərkimya” İstehsalat Birliyində (SOCAR) və Heydər Əliyev adına Neftayırma Zavodunda “Ekotexnoprom”un məhsullarının təqdimatı keçirilib.

Biznes 2018-02-24 18:58:00