×
A
A
A
Sazlamalar

Güllə atıcılığı üzrə Sumqayıt kubokunun qalibləri mükafatlandırılıb

Sumqayıt, 24 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Paralimpiya İdman Kompleksində Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş pnevmatik silahdan güllə atıcılığı üzrə Sumqayıt kuboku keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda şəhərin ali, orta ixtisas məktəbləri və peşə liseyləri olmaqla, ümumilikdə, 7 komanda qalib adı uğrunda mübarizə aparıb. Hər komandanın tərkibi 4 oğlan, 1 qızdan ibarət olub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt 3 nömrəli Peşə Liseyinin komandası 237 xala birinci, Sumqayıt Dövlət Universitetinin komandası 212 xalla və Sumqayıt Dövlət Texniki Kollecinin komandası 193 xalla müvafiq olaraq ikinci, üçüncü yerləri tutub.
Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, hədiyyə və kubok ilə təltif olunub.

 

Regionlar 2018-02-24 14:56:00