×
A
A
A
Sazlamalar

Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın əməkdaşları üçün seminar keçirilib

Bakı, 24 fevral, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsi Xose Kartas palatanın və Mərkəzi Bankın əməkdaşlarına "Maliyyə sağlamlığı indikatorları" (MSİ) mövzusunda geniş seminar keçirib.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminar BVF-nin statistika missiyası (19 fevral – 2 mart) çərçivəsində təşkil edilib. Seminarda MSİ metodologiyasının əsas xüsusiyyətləri, bu metodologiyanın Bazel prinsipləri ilə uyğunluğu, uçot prinsipləri, maliyyə və qeyri-maliyyə təşkilatlarının maliyyə indikatorlarının MSİ üzrə icmallaşdırılması, habelə beynəlxalq təcrübə ətraflı müzakirə olunub. Seminar zamanı bir sıra praktiki məsələlərə toxunulub, iştirakçılar bu məsələlərin həllində aktiv iştirak ediblər.
Seminarın davamı olaraq növbəti həftə ərzində iştirakçılar üçün praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulur.

Maliyyə 2018-02-24 14:52:00