Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb
Bakı, 26 avqust, AZƏRTAC
“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, MDSS və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in (“Sabit qəbz”) verilməsi üzrə elektron xidməti təkmilləşdirirərək istifadəyə verib.
Elektron xidmətdən istifadənin asanlaşdırılması, eyni zamanda vergiödəyicilərinin məmnunluğunun artırılması məqsədilə müvafiq istifadəçi təlimatları hazırlanıb. Bu istifadəçi təlimatları “Sabit qəbz” əldə etməklə fəaliyyət göstərən vergiödəyiciləri, torpaq mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının başçıları tərəfindən onlayn (real) rejimdə qəbzin alınmasını nəzərdə tutur.
Təlimatlarla Dövlət Vergi Xidmətinin rəsmi saytında https://www.taxes.gov.az/az/page/telimatlar linki ilə tanış olmaq mümkündür.
Aksiz markası ilə bağlı qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq olunurmu?
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 258 ipoteka krediti verilib
Dövlət Vergi Xidməti: Elektron xidməti üzrə istifadəçi təlimatları hazırlanıb