×
A
A
A
Sazlamalar

ABŞ-dakı neft-qaz quyularının sayı artıb

Bakı, 24 fevral, AZƏRTAC

ABŞ-dakı neft-qaz quyularının sayı artır.
AZƏRTAC “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ötən həftə ABŞ-dakı aktiv neft-qaz quyularının sayı 3 ədəd artaraq 978 ədəd olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv neft-qaz quyularının sayı 224 ədəd çoxalıb.
Ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft quyularının sayı isə 1 ədəd artaraq 799 ədəd olub. Ölkədəki neft quyularının sayı 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatıb. Neft quyularının sayı ardıcıl 5 həftədir ki, artır. Ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ-dakı neft quyularının sayı 197 ədəd çoxalıb. Bundan əlavə, son 1 ildə ABŞ-dakı neft quyularının ümumi sayı 34 faizdən çox artıb.
Keçən həftə ölkədəki aktiv qaz quyularının sayı 2 ədəd artaraq 179 ədəd olub. Keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qaz quyularının sayı 28 ədəd artım göstərib.
Qeyd edək ki, ABŞ-da aktiv neft quyularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatmışdı. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft quyularının sayı ötən ilin may ayında isə minimuma – 316-ya geriləmişdi.

Dünya 2018-02-24 10:28:00