×
A
A
A
Sazlamalar

Fevralın 28-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinın XXV Baş Məclisi keçiriləcək

Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXV Baş Məclisi ilə əlaqədar müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirədə cəmiyyətin regional mərkəz əlaqələndiriciləri və Bakı şəhər yerli bölmə sədrləri iştirak ediblər.
Müşavirədə cəmiyyətin prezidenti Novruz Aslanov fevralın 28-də keçiriləcək XXV Baş Məclislə əlaqədar aparılan təşkilati işlər haqqında danışıb.
Tədbir iştirakçıları Baş Məclisin keçirilməsi prosesi ilə əlaqədar aparılan hazırlıq işləri haqqında məlumat veriblər.

Sosial 2018-02-22 19:16:00