×
A
A
A
Sazlamalar

Bakıda Cənubi Afrika Respublikasının biznes və investisiya imkanları təqdim ediləcək

Bakı, 22 fevral, AZƏRTAC
Bakıda Cənubi Afrika Respublikasının biznes və investisiya imkanları təqdim olunacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, fevralın 28-də Bakı Biznes Mərkəzində Cənubi Afrika Respublikasının ticarət və investisiya imkanlarına dair təqdimat keçiriləcək. Təqdimat mərasimində Cənubi Afrika Respublikasının ölkəmizdəki səfiri Pule İsaak Malefanenin və iş adamlarının iştirakı nəzərdə tutulur.

Biznes 2018-02-22 15:45:00