Xətai Sənət Mərkəzində “Unudulmaz dərdimiz Qarabağ” adlı sərgi açılacaq
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 24-də Bakı Xətai Sənət Mərkəzində “Unudulmaz dərdimiz Qarabağ” adlı rəsm sərgisi açılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə reallaşacaq.
Bu barədə AZƏRTAC-a sərginin təşkilatçısı, gənc rəssam Aygün İsgəndərova məlumat verib. Onun sözlərinə görə, sərgidə 100-dən çox rəssamın təsviri və tətbiqi sənətin bütün növləri üzrə 150-dən artıq işi nümayiş olunacaq. Tədbirdə müxtəlif yaş qruplarında rəssamlar və dekorativ sənət ustaları iştirak edəcəklər.
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb