×
A
A
A
Sazlamalar

Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur

Bakı, 17 mart, Emil Məlikov, AZƏRTAC

Bu gün Azərbaycan Rəssamlar İttifaqında mənim ilk fərdi sərgim açıldı. Burada 43 rəsm əsərim nümayiş olunur. Bu rəsmlər təxminən 10 il ərzində ərsəyə gəlib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında diplomat Tural Anaroğlu deyib.
Yaradılan şəraitə görə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilova təşəkkürünü bildirən T.Anaroğlu bu sərginin keçirilməsinin çoxdankı arzusu olduğunu bildirib: “Fərhad müəllim mənə bu sərginin keçirilməsini çoxdan təklif etmişdi, amma xarici ölkədə olduğum üçün və məlum pandemiya ilə əlaqədar bu proses xeyli uzanırdı. Demək ki, qismət bu günə imiş. Rəsmlər təbiət mövzusundadır və ilin müxtəlif fəsillərini əks etdirir. Sərgi bir neçə gün davam edəcək”, -deyə T.Anaroğlu vurğulayıb.

 

İncəsənət 2023-03-17 18:51:27