×
A
A
A
Sazlamalar

Bakıda “Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası təşkil olunacaq

Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 27-də saat 12:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş ediləcək və satışı təşkil olunacaq.

Biznes 2018-02-21 06:55:00