×
A
A
A
Sazlamalar

Apreldə Azərbaycan şirkətlərinin nümayəndələri Neapola səfər edəcək

Bakı, 16 fevral, Elvin Camalov, AZƏRTAC
Aprel ayında Azərbaycan şirkətlərinin nümayəndələri Neapola səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari Bakıda keçiriləcək "İtaliya Dizayn Günü"nün təqdimatı ilə bağlı mətbuat konfransında deyib.
O bildirib ki, aprelin 15-də bir neçə Azərbaycan şirkətinin nümayəndələri İtaliyanın Neapol şəhərinə işgüzar səfər edəcək. Azərbaycan şirkətlərinin nümayəndələri Neapoldakı zərgərlik məmulatları istehsal edən şirkətlərdə görüşlər keçirəcək.

Biznes 2018-02-16 13:23:00