×
A
A
A
Sazlamalar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşlarla görüşəcək

Bakı, 15 fevral, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 20-də Füzuli rayonunun Horadiz şəhərində Ağcabədi, Tərtər, Ağdam, Füzuli və Laçın rayonlarının sakinlərini qəbul edəcək.
Komitədən AZƏRTAC-a bildiriblər ki, qəbul Füzuli rayon Heydər Əliyev Mərkəzində (Füzuli rayonunun Horadiz şəhəri, Heydər Əliyev prospekti) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Din 2018-02-15 11:30:00