×
A
A
A
Sazlamalar

Belçikanın metallurgiya zavodunda partlayış baş verib

Bakı, 20 noyabr, AZƏRTAC
Belçikanın Gent şəhərində “ArcelorMittal” metallurgiya şirkətinə aid zavodda partlayış baş verib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Belçika Federal polisi məlumat yayıb. “Biz azı bir neçə nəfərin zərər çəkdiyini təsdiqləyə bilərik. Hazırda əlimizdə olan bütün məlumat bundan ibarətdir”, - deyə federal polisin nümayəndəsi bildirib.
“Soir” nəşri isə VTM telekanalına istinadla partlayış nəticəsində bir nəfərin öldüyü barədə məlumat yayıb.

Dünya 2017-11-20 20:14:00