×
A
A
A
Sazlamalar

İsmayıl Kahraman yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Bakı, 20 noyabr, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman noyabrın 20-də növbəti dəfə bu vəzifəyə seçilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, parlamentin iclasında keçirilən səsvermənin üçüncü turunda 509 deputatdan 289-nun səsini toplayan İ.Kahraman yenidən TBMM-in sədri olub.
İlk iki turda namizədlərdən heç biri deputatların üçdə ikisinin (367 səs) səsini toplaya bilmədiyi üçün səsvermənin qalibi üçüncü turda müəyyənləşib.
Üçüncü turda digər namizədlər arasında ikinci ən çox səsi Cümhuriyyət Xalq Partiyasından olan deputat Zekeriye Temizel toplayıb (124 səs).
Xatırladaq ki, İsmayıl Kahraman TBMM-in sədri vəzifəsinə 2015-ci il noyabrın 22-də seçilib.

Dünya 2017-11-20 18:17:00