×
A
A
A
Sazlamalar

Salyanın kəndlərində quraşdırılan modul tipli məktəb binaları yaxın günlərdə istifadəyə veriləcək

Salyan, 20 noyabr, Mahir Babayev, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən Salyanın Xocalı və Cəngan kənd ibtidai məktəbləri üçün quraşdırılan modul tipli məktəb binalarının tikintisi baş çatıb.
Rayon Təhsil Şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktəb binalarının hər biri 20 şagird yerlikdir. Təhsil müəssisələrində şagirdlərin normal bilik qazanmaları üçün hər cür şərait yaradılıb.
Məktəb binaları yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcək.

Regionlar 2017-11-20 14:21:00