×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq

Bakı, 20 noyabr, AZƏRTAC
Noyabrın 30-da Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib.
Nazir qeyd edib ki, nazirlərin görüşü İstanbul Prosesi çərçivəsində Bakıda keçiriləcək 7-ci nazirlər konfransından əvvəl baş tutacaq.

Siyasət 2017-11-20 13:45:00