×
A
A
A
Sazlamalar

Fövqəladə hallar naziri Zərdabda vətəndaşları qəbul edəcək

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 24-də saat 11.00-dan Zərdab şəhərində vətəndaşların qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək qəbulda yalnız Zərdab, Ucar, Göyçay, Kürdəmir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı noyabrın 23-də saat 09-da Zərdab Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].

Sosial 2017-11-20 13:39:00