Kərkükdə neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb
Bakı, 21 oktyabr, Nihad Budaqov, AZƏRTAC
Kərkükdə neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asım Cihad deyib. O bildirib ki, Kərkükdə neft istehsalı sektorundakı vəziyyətin qiymətləndirilməsi və inkişafı ilə bağlı xüsusi komitə yaradılıb.
Nazirliyin bəyanatında isə qeyd edilir ki, İraqın neft naziri Cabbar Əli əl-Layibi Kərkükdə neft istehsalı üzrə fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, o cümlədən də bölgənin neft sənayesinin inkişafı məqsədilə mümkün olan ən qısa müddətdə təklif və təşəbbüslər hazırlamaq üçün “Şimal Neft Şirkəti”nin (NOC) balansında yaradılmış komitənin işinə birbaşa nəzarət edir.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır