×
A
A
A
Sazlamalar

Göytəpə şəhərində qəzalı vəziyyətdə olan piyada körpüsü əsaslı təmirdən sonra istifadəyə verilib

Cəlilabad, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunun Göytəpə şəhərində qəzalı vəziyyətdə olan piyada körpüsü əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, 1961-ci ildə Göytəpə çayı üzərində salınan piyada körpüsü 46 saylı Yol İstismar İdarəsinin inşaatçıları tərəfindən təmir edilib.
Şəhər sakinləri piyada körpüsünün əsaslı təmir edilməsini razılıqla qarşılayaraq, bu işdə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

 

Regionlar 2017-10-20 18:14:00