×
A
A
A
Sazlamalar

Banklararası "Nə? Harada? Nə zaman?" intellektual yarışma keçiriləcək

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyası (ABA) oktyabrın 28-də banklararası "Nə? Harada? Nə zaman?" intellektual yarışma keçirəcək.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, yarış üçün artıq banklara müraciət olunub və komandalar qeydiyyata alınır. Yarışın qalib komandaları mükafatlandırılacaq.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, "Azericard" MMC ABA-nın üzvüdür.

 

Maliyyə 2017-10-20 17:37:00