×
A
A
A
Sazlamalar

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş F.Əhmədzadənin məhkəmə aktlarından verdiyi şikayətinə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.
Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 21-nə təyin edilmiş iclasında baxılacaq.

Sosial 2017-10-20 17:30:00