×
A
A
A
Sazlamalar

Azərbaycanda Ukrayna kapitallı 116 şirkət fəaliyyət göstərir

Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycanda Ukrayna kapitallı 116 şirkət fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 20-də Bakıda keçirilən Azərbaycan-Ukrayna biznes-forumunda deyib.
Nazir qeyd edib ki, bu ilin 8 ayında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 400 milyon dollar olub.

Biznes 2017-10-20 16:21:00