×
A
A
A
Sazlamalar

Azərbaycanın “Odlar Yurdu” şahmat komandası Avropa Klub Kubokunda liderliyi davam etdirir

Bakı, 13 oktyabr, AZƏRTAC
Antalyada keçirilən şahmat üzrə Avropa Klub Kubokunda altıncı turun oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, kişi şahmatçıların turnirində Azərbaycanın “Odlar Yurdu” və Rusiyanın “Qlobus” komandalarının görüşü heç-heçə başa çatıb - 3:3. Hər ikisi 9 xal toplayan bu komandalar turnirdə liderdirlər. Makedoniyanın “Alkaloid”, Rumıniyanın “Csm Baia Mare”, Rusiyanın “AVE Nový Bor” və “Mednıy vsadnik” komandaları hərəyə 8 xal toplayıblar.
Qadınların yarışında finişə iki tur qalmış “Odlar Yurdu” və Gürcüstanın “Chess Club NONA Батуми” komandaları hərəyə 8 xalla liderdirlər. Üçüncü yerdə 7 xalla “UGRA Chess Club” komandasıdır.
Cümə günü altıncı turda kişilərin oyununda “Alkaloid”-“Qlobus”, “Odlar Yurdu”-“Mednıy vsadnik”, “Csm Baia Mare”-“AVE Nový Bor”, “ШСМ-Legacy Square Capital”-“Beer Sheva Chess Club” və başqa qarşılaşmalar baş tutacaq.
Qadın şahmatçıların turnirində həmin gün “UGRA Chess Club”-“Odlar Yurdu”, “ШСМ-Legacy Square Capital”-“Chess Club NONA Батуми”, “Bossa Nova”-“Anatolia” və başqa matçlar keçiriləcək.
Altıncı tur çərçivəsində komandalarımızın heyətində çıxış edən şahmatçıların rəqibləri müəyyənləşib: “Odlar Yurdu”-“Mednıy Vsadnik” matçında Arkadi Naydiç-Petr Svidler, Rauf Məmmədov-Maksim Matlakov, Qədir Hüseynov-Vladimir Fedoseyev, Eltac Səfərli-Nikita Vityuqov, Nicat Abbasov-Maksim Rodşteyn və Azər Mirzəyev-Aleksey Qoqanov rəqabət aparacaqlar.
“UGRA Chess Club”-“Odlar Yurdu” oyununda Anna Uşenina-Zeynəb Məmmədyarova, Natalya Poqonina-Ülviyyə Fətəliyeva, Olqa Girya-Xanım Balacayeva və Baira Kovanova-Aydan Höcətova qarşılaşacaqlar.

İdman 2017-10-13 22:41:00