×
A
A
A
Sazlamalar

Çin YUNESKO-nun fəaliyyətini dəstəkləmədə davam edəcək

Pekin, 13 oktyabr, AZƏRTAC

Çin Xalq Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) fəaliyyətinə dəstəyi və onun işində fəal iştirakı davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Xua Çunin ABŞ və İsrailin YUNESKO-dan çıxmasına Çinin münasibəti barədə sualı cavablandırarkən deyib.
Çin XİN rəsmisi əlavə edib ki, YUNESKO-nun əsas prinsipi təhsil, elm və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı və inteqrasiyanı inkişaf etdirməkdir. O deyib: “Biz ümid edirik ki, bütün ölkələr bu amala töhfə verəcək. Çin digər ölkələr ilə bu istiqamətdə əməkdaşlıq etmək arzusundadır”.

Dünya 2017-10-13 18:55:00