×
A
A
A
Sazlamalar

Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ olub

Tokio, 20 sentyabr, AZƏRTAC
Yeni Zelandiya sahillərində 6,1 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Oklend adasından 256 kilometr qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-09-20 07:49:00