×
A
A
A
Sazlamalar

“Neft Daşları”nda yeni quyu istismara verilib

Bakı, 20 sentyabr, AZƏRTAC

“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündə 2584A nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu 2521-2515 metr intervaldan sutkalıq 15 ton neft və 2300 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Neft - qaz 2017-09-20 02:23:00