Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək
Bakı, 26 avqust, AZƏRTAC
SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir.
İB-dən AZƏRTAC-a bildirilib ki, növbəti həftə (28, 30, 31 avqust və 01 sentyabr tarixləri) saat 11:00-dan 12:00-dək daha 1 şəhər və 3 rayonda "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
Aksiya həftənin 1-ci günü Cəlilabad rayonunda (Cəlilabad şəhəri, Əhməd Məmmədov küçəsi), 3-cü günü Lənkəran şəhərində (Şiləvar kəndi, şəhid Mübariz Həsənov adına orta məktəbin qarşısı), 4-cü günü Yardımlı rayonunda (Ostayr kəndi, şəhid Mahir İmanov adına orta məktəbin qarşısı), 5-ci günü isə Lerik rayonunda (Qələbin kəndi, orta məktəbin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Azərbaycan neftinin qiyməti dəyişməyib
Dünya birjalarında neft ucuzlaşıb
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
Dünya birjalarında neft bahalaşıb
Növbəti həftə 1 şəhər və 3 rayonda “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası keçiriləcək