×
A
A
A
Sazlamalar

Azərbaycanda dövlət-din münasibətləri beynəlxalq hüquqi normalarla tənzimlənir

Ağdaş, 20 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycan İslam ölkəsidir və bizim mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərləri qoruyan ölkələr sırasında olmaqla İslamı yad təsirlərdən qorumalıyıq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən konfransda səsləndirilib.
Dini icma sədrlərinin, axundların, orta məktəb psixoloqlarının, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, gənclərin və yerli QHT nümayəndələrinin iştirak etdiyi konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək dini radikalizmə qarşı mübarizədən, Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, islami və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məsələlərindən danışıb.
Bildirib ki, tədbirin əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır. Komitə sədrinin müavini ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib.
Gündüz İsmayılov ölkəmizdə tarixən tolerantlıq mühitinin, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü, dövlət-din münasibətlərinin zəngin milli, tarixi ənənəyə əsaslandığını və beynəlxalq hüquqi normalarla tənzimləndiyini bildirib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara bukletlər paylanılıb.

Regionlar 2017-09-20 00:06:00