×
A
A
A
Sazlamalar

“İrəli” İctimai Birliyi “Azərbaycan İntellektual Birincisi” layihəsinin icrasına başlayır

Bakı, 19 sentyabr, AZƏRTAC

“İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Azərbaycan İntellektual Birincisi” layihəsinin icrasına başlayır.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, artıq ikinci ildir icra olunacaq layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə final yarışlarının keçirilməsi nəzərdə tutulub. Birinci mərhələdə dörd intellektual yarış (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı”) üzrə qalib gələn komandalar finalda öz şəhər və ya rayonlarını təmsil etmək hüququ qazanacaqlar. Hər şəhər (rayon) üzrə bir komanda yarışda iştirak edə bilər. Layihə ümumilikdə 70 şəhər və rayondan mindən artıq gənci əhatə edəcək.
Layihənin əsas hədəfi gənclərin intellektual fəaliyyətə cəlb olunması, bilik və bacarıqlarının artırılması və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanmasıdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin intellektual televiziya proqramlarının və oyunlarının gənclərin inkişafında mühüm roluna dair tövsiyələrini əldə rəhbər tutan “İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyələrinin artırılması, onların asudə vaxtının səmərəli təşkili, bir neçə yarışın vahid turnir formatında reallaşdırılması məqsədilə “Azərbaycanın İntellektual Birincisi” layihəsini həyata keçirir.

Sosial 2017-09-19 17:57:00