×
A
A
A
Sazlamalar

Peşə kursları üzrə növbəti imtahan keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “Kompüter istifadəçisi”, “Toxuculuq”, “Xalçaçılıq”, “Tikiş”, “Ağac üzərində oyma”, “Kişi və qadın bərbəri”, “Rəssamlıq” və “Aşpaz köməkçisi” kursları üzrə növbəti imtahan keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, imtahanda 15 nəfər iştirak edib. Komissiyanın qərarına görə 11 nəfərə öyrəndikləri peşələr üzrə sertifikat, iki nəfərə arayış verilib. İki nəfərə isə fərdi yanaşılaraq kurs müddətinin bir ay uzadılmasına qərar verilib.

Sosial 2017-09-19 16:03:00