×
A
A
A
Sazlamalar

Tezliklə 20 məcburi köçkün ailəsi Ağdam rayonunda yeni mənzillə təmin olunacaq

Ağdam, 19 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunda qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün fərdi yaşayış evləri inşa edilir. Tikinti işləri Prezident İlham Əliyevin Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Quzanlı qəsəbəsində, Əfətli, Qaradağlı, Sarıcalı, Mirəşelli və Xındırıstan kəndlərində tikilən 20 evin 2-si iki, 17-si üç, 1-i isə dördotaqlıdır. Artıq evlərin tikintisində son tamamlama işləri aparılır. Tezliklə 20 məcburi köçkün ailəsi onlar üçün tikilmiş yeni mənzillərlə təmin olunacaqlar.

Regionlar 2017-09-19 15:41:00