×
A
A
A
Sazlamalar

Londonda güclü yanğın baş verir

London, 19 sentyabr, AZƏRTAC
Londonun Tottenham bölgəsində güclü yanğın baş verir. “White Hart Lane” parkında baş verən yanğının səbəbi məlum deyil. Hadisə yerinə hazırda yüzdən çox yanğın söndürən cəlb edilib. Bir neçə nəfər xəstəxanaya çatdırılıb.
Yanğın 1 saata yaxındır davam edir. Hazırda tam söndürülməyib. Yanğından mühafizə idarəsindən yanğının gün ərzində tam nəzarət altına alınacağı bildirilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2017-09-19 13:50:00