×
A
A
A
Sazlamalar

Venesuela öz neftini yuan ilə satacaq

Bakı, 18 sentyabr, AZƏRTAC

Venesuela öz neftini dollar əvəzinə Çinin milli valyutası olan yuanla satacağını açıqlayıb.
AZƏRTAC xəbər verir, bu barədə Venesuelanın Neft və Dağ-mədən Sənayesi Nazirliyi məlumat yayıb. Bildirilir ki, neftin qiymətinin yuanla göstərilməsi Prezident Nikola Maduronun sentyabrın 7-də verdiyi açıqlamanın nəticəsidir.
Qeyd edək ki, N.Maduro Venesuelanın dollardan imtina üçün yeni strategiyalar tətbiq edəcəyini demişdi. ABŞ-ın sanksiyalarına məruz qalan Venesuela dollar əvəzinə digər valyutalardan istifadə etməyə başlayacağını bildirmişdi.

Dünya 2017-09-18 12:15:00