×
A
A
A
Sazlamalar

Türkiyədə Diyanət İşləri İdarəsinə yeni rəhbər təyin olunub

İstanbul, 16 sentyabr, АZƏRTAC

Türkiyə Respublikasının Diyanət İşləri İdarəsinə yeni rəhbər təyin edilib.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, Yalova Universitetinin rektoru, professor Ali Erbaş Nazirlər Kabinetinin qərarı ilə bu vəzifəyə təyin olunub.
Bu ilin iyununda Yalova Universitetinin rektoru təyin edilən professor A.Erbaş 12 kitabın və xeyli sayda məqalənin müəllifidir.
Uzun illər bu vəzifədə çalışan professor Mehmet Görmez cari ilin iyununda təqaüdə çıxıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2017-09-16 23:05:00