Son 15 ildə Gürcüstan əhalisinin sayı 15 faiz azalıb
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstan əhalisinin sayı son 15 ildə 15 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Milli Statistika Xidmətinə istinadən məlumat yayıb.
Xidmətin məlumatına görə, hazırda Gürcüstan əhalisi 3 milyon 718 min 200 nəfərdir. Bu da 2002-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azdır.
Ekspertlərin fikrincə bu əsasən üç amil - ölüm sayının artması, doğuşların azalması və əhalinin miqrasiyası ilə bağlıdır.
Məlumatda bildirilir ki, 2017-ci ilin birinci yarısında ölüm halları doğuş faktından 1,6 faiz çoxdur. Belə ki, cari ilin birinci yarısında 25,9 min ölüm, 25,5 min doğum faktı qeydə alınıb.
Ən çox ölüm faktı Gürcüstanın yüksək dağlıq bölgələrində qeydə alınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır