×
A
A
A
Sazlamalar

Çində kriptovalyuta ilə ticarət rəsmən qadağan edilib

Bakı, 16 sentyabr, AZƏRTAC
Çin Xalq Bankı kriptovalyuta ilə ticarətə rəsmən qadağa qoyub.
AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, Çin Xalq Bankının yeni qərarına əsasən, kriptovalyuta ilə ticarət aparan bütün internet birjaları yeni istifadəçilərin qeydiyyatını dayandırmalıdır.
Həmçinin sentyabrın 20-dək bütün onlayn birjalar kriptovalyuta bazarından çıxmaq üzrə plan təqdim etməlidirlər.
"Zecurion" konsaltinq şirkətinin rəhbəri Aleksey Rayevski hesab edir ki, belə bir qərar, ilk növbədə, kriptovalyutanın tezliklə hamı tərəfindən qəbul edilən pul vəsaiti olmasından ehtiyat edildiyi üçün qəbul olunub. Çin dövləti öz ərazisində belə bir bazarın bağlanmasını rəsmən elan edən tarixdə ilk dövlətdir.

Dünya 2017-09-16 18:16:00