Vyetnam hava limanı yığımlarının məbləğini artırır
Bakı, 15 sentyabr, AZƏRTAC
Vyetnamın rəhbərliyi bu ilin oktyabr ayından hava limanları ilə bağlı yığımları artırmaq barədə qərar qəbul edib.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, mülki aviasiya idarəsinin açıqlamasına görə, vergi dərəcələrinin artırılması bu sahədə xərcləri nizamlamağa kömək edəcək, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq, eləcə də dövlətin aviasiya infrastrukturunun inkişaf etdirilməsinə çəkdiyi xərclərin bir hissəsinin qaytarılmasına imkan verəcək.
Məlumata görə, daxili daşımalar üçün hava limanı yığımları Vyetnamın iri aeroportlarında 30 faiz, regional aerodromlarda isə 21 faiz artırılacaq. Hazırda bu yığımlar müvafiq olaraq 3,08 və 2,64 dollar təşkil edir. Sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və baqajın yoxlanması üçün yığımların beynəlxalq reyslər üzrə 2 dollar, daxili marşrutlar üçünsə 0,8 dollar artırılacağı nəzərdə tutulur.
Hökumət, tipindən asılı olaraq hər təyyarə üzrə 30-225 dollar vəsait yığmağı planlaşdırır.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır