×
A
A
A
Sazlamalar

Şinzo Abe BMT-ni Şimali Koreyaya qarşı sanksiyaların tam icrasına çağırıb

Tokio, 15 sentyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Şinzo Abe BMT-ni Şimali Koreyaya qarşı sanksiyaların tam icrasına çağırıb.
AZƏRTAC xəbər verir ki, Şinzo Abe sentyabrın 15-də Şimali Koreya tərəfindən növbəti raket sınağına münasibət bildirərkən deyib: “Bu ölkə beynəlxalq ictimaiyyətin problemin sülh yolu ilə həllinə inamını sarsıdıb və Yaponiya bu hərəkətlərə biganə qala bilməz”.
Baş nazir qeyd edib ki, o, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını xahiş edəcək.
Ş.Abe, həmçinin deyib ki, beynəlxalq ictimaiyyət birləşərək Şimali Koreyanın təxribatlarını pisləyən münasibət ortaya qoymalıdır.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2017-09-15 12:01:00