BƏƏ-dən olan nazirin adı dünyada ən gənc nazir kimi Ginnesin Rekordlar Kitabına daxil edilib
Abu-Dabi, 14 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gənclərin işləri üzrə naziri Şamma bint Süheyl Faris Al Mazruinin adı dünyada ən gənc nazir kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. BƏƏ KİV-lərinin verdiyi məlumata görə, 22 yaşlı Şamma bint Süheyl Faris Al Mazrui bu vəzifəyə 2016-cı ilin fevral ayında BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay hökmdarı şeyx Məhəmməd bin Rəşid Al Maktum tərəfindən təyin edilib.
AZƏRTAC xəbər verir ki, Al Mazrui Abu-Dabidə doğulub və orada böyüyüb, “New York University Abu Dhabi” Universitetində humanitar elmlər üzrə bakalavr dərəcəsi alıb. BƏƏ hökumət portalının məlumatına görə, gənclərin işləri üzrə nazirə hökumətdə gənclərin mənafelərini təmsil etmək, habelə gəncliyin inkişafına dair strategiya və planlar hazırlamaq, müxtəlif sahələrdə gənclərin potensialından istifadə etmək vəzifələri həvalə olunub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır