×
A
A
A
Sazlamalar

Şərqi Avropada narkotiklər tresti ləğv edilib

Praqa, 14 sentyabr, AZƏRTAC

Uğurlu beynəlxalq polis əməliyyatı nəticəsində Çexiya, Slovakiya və Polşa ərazilərindəki narkotik istehsalçıları və ticarətçiləri dəstəsi dağıdılıb.
AZƏRTAC xəbər verir ki, asayiş keşikçiləri üç dövlətin ərazisində cinayətdə əli olan 44 nəfəri həbs ediblər. Cinayətkarların Polşada külli miqdarda aldıqları dərman preparatları Slovakiyada ilkin emal olunaraq Çexiyaya göndərilir və orada ondan metamfetamin (pervitin) istehsal edilirdi.
Narkotik istehsalçıları dəstəsinin ləğv edilməsi əməliyyatı bir il ərzində işlənib hazırlanıb, cinayətkarların üç ölkədə tutulması 24 saatda reallaşdırılıb.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2017-09-14 14:38:00