Mobil kiberhücumların həcmi 40 faiz yüksəlib
Bakı, 12 sentyabr, AZƏRTAC
2017-ci ilin ikinci rübündə smartfon və planşetlərə edilən kiberhücumların həcmi 40 faiz yüksəlib.
AZƏRTAC xəbər verir ki, “Avast” antivirus istehsalçısının məlumatına görə, cari ilin aprel-iyun aylarında mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.
“Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2 faiz çoxdur. Şirkət, həmçinin zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.
Cari ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8 faizi ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.
Həmçinin sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8 faiz təşkil edir. Belə ki, qurbanlar aldadılaraq onların cihazına zərərverici proqramlar qurulur.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır