×
A
A
A
Sazlamalar

Benedikt Kamberbetç yeni filmdə qaraçı-boksçunu canlandıracaq

Bakı, 12 sentyabr, AZƏRTAC

Aktyor Benedikt Kamberbetç yeni filmdə qaraçı-boksçunun obrazını canlandıracaq.
“Press Association” agentliyi xəbər verir ki, bir qədər qəribə, dəlisov Şerlok Holms rolu ilə tanınmış 41 yaşlı aktyor “Balaca qaraçı” filmində rol alıb.
Film gənc yazıçı Mayk Uolşun “Balaca qaraçı” və “Balaca qaraçı: iş dalınca” iki avtobioqrafik bestselleri əsasında çəkiləcək.
Uolş bu əsərlərdə öz uşaqlığını və gəncliyini təsvir edir. Yazıçı qaraçı cəmiyyətini məcburi tərk etdiyi anlardan da danışır.
Çəkilişlərinə gələn ilin yayında başlanılacaq filmdə Kamberbetç Maykın atası Frankı canlandıracaq.
Kamberbetç deyib: “Məni Maykın əhvalatı dərhal cəlb etdi. Burada həm cəsurluq, həm də ürəkağrıdan anlar var. Maykın atasının obrazı mənim bu vaxtadək oynadığım personajlardan heç birinə bənzəmir. O, ənənə və övlad məhəbbəti seçimi qarşısında qalan çətin insandır”.
Aktyor etiraf edib ki, bu obraz onun bu vaxtadək ekranlarda canlandırdığı obrazlardan tamamilə fərqlənir.

Dünya 2017-09-12 12:25:00