×
A
A
A
Sazlamalar

ABŞ-ın dövlət borcu 20 trilyon dolları ötüb

Bakı, 12 sentyabr, AZƏRTAC

ABŞ-ın dövlət borcu bu ölkənin tarixində ilk dəfə olaraq 20 trilyon dolları ötüb.
AZƏRTAC xəbər verir ki, Business Insder nəşrinin məlumatına görə, martın ortalarında dövlət borcunun son həddi 19,84 trilyon dollarda dondurulmuşdu. Ötən həftə Prezident Donald Tramp onun müvəqqəti yüksəldilməsi haqqında qanun imzalayıb.
Hazırda bu göstərici 20,164 trilyon dollara çataraq ümumi daxili məhsulun həcmini 5-6 faiz üstələyib və artmaqda davam edir.
Xatırladaq ki, Barak Obamanın səkkiz illik prezidentliyi dövründə ABŞ-ın dövlət borcu təxminən iki dəfə artıb.

Dünya 2017-09-12 10:58:00