×
A
A
A
Sazlamalar

Litvada Azərbaycan multikulturalizmi təntənələri

Bakı, 7 iyun, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkələrin universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində dünyanın 13 nüfuzlu universitetində sözügedən fənn tədris edilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ilin yaz semestri ərzində “Azərbaycan multikulturalizmi” fənni Litva Pedaqoji Universitetində də tədris olunub. Fənni tədris edən filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova Litvada fənnin tədrisinin yekun nəticələri, Azərbaycan multikulturalizminin bu ölkədə təbliği və təşviqi istiqamətində görülən işlər barəsində danışaraq bildirib: “Ölkəmizin Litvadakı səfirliyi tərəfindən açılan Nizami Gəncəvi adına otaqda keçirilən Azərbaycan multikulturalizminin ümumi qayəsi və məramı haqqında tanışlıq səciyyəli ilk dərsdə universitetin beynəlxalq əlaqələr departamentinin rəhbəri Kestutis Salaveyus, şöbə müdiri Loreta Xodzkien və departamentin bir neçə əməkdaşı da iştirak edirdi. Mühazirələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin proqramı əsasında və slaydlar şəklində təqdim olunub. Qeyd edim ki, Azərbaycan multikulturalizminin tarixi, ictimai-siyasi səbəbləri, ədəbi-bədii qaynaqlarda izləri tələbələrin ən çox maraq göstərdiyi sahədir. Mühazirələrin sonunda tədrislə bağlı bilik səviyyəsini yoxlamaq üçün keçirilən sorğuda fərqlənən 3 tələbə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay məktəbinə müraciət etmək şansı qazandı”.

 

Multikulturalizm 2016-06-07 17:01:00