×
A
A
A
Sazlamalar

ATƏT-in mənzil-qərargahında Azərbaycan multikulturalizmi haqqında danışılıb

Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 14-15-də Avstriyanın paytaxtı Vyanada, ATƏT-in mənzil-qərargahında təşkilatın İnsan Ölçüsü üzrə birinci əlavə görüş keçirilib.
Görüşdə ölkəmizi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov təmsil edib. Görüş ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və təşkilata bu il sədrlik edən Almaniya tərəfindən təşkil olunub.
“Tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi üzrə siyasət və strategiyalar” mövzusunda keçirilən görüşdə müasir dövrdə ATƏT-ə üzv ölkələrin tolerantlığın və qeyri-ayrı-seçkiliyin təşviqi ilə bağlı üzləşdiyi problemlər və onların həlli yolları müzakirə edilib, müvafiq təklif və tövsiyələr irəli sürülüb.
Etibar Nəcəfov tədbirdə çıxış edərək Azərbaycanın tolerantlıq sahəsində əldə etdiyi uğurlar haqqında məruzə ilə çıxış edib. O, 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş və uğurla icra edilən “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” haqqında görüş iştirakçılarına məlumat verib. Həmçinin aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiləcəyi bildirilib.

Multikulturalizm 2016-04-16 13:58:00