×
A
A
A
Sazlamalar

"SIKA" Sumqayıt Kimya Sənaye Parkında 5,3 milyon dollar həcmində layihə həyata keçirəcək

Bakı, 17 mart, AZƏRTAC
İsveçrənin "SIKA" şirkətinin Sumqayıt Kimya Sənaye Parkında həyata keçirəcəyi layihənin ümumi investisiya həcmi 5,3 milyon dollar təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini Zaur Məmmədov jurnalistlərə bildirib.
"Layihə 2017-ci ilin sonunadək reallaşacaq. Hazırda Sumqayıt Kimya Sənaye Parkının investisiya portfeli 1 milyard dollardan çoxdur. Artıq altı rezidentə şəhadətnamə verilib. Sənaye parkının 21 hektarı sosial obyektlər üçün nəzərdə tutulub. Burada inzibati binalar, peşə tədris mərkəzi, istirahət zonaları və s. mühüm sosial obyektlər yerləşəcək. Avstriya, Koreya, Kanada, Macarıstan, Xorvatiya və digər ölkələr sənaye parkına maraq göstərənlər sırasındadır. Bu ölkələrdən müxtəlif sahələr üzrə təkliflər daxil olur. Sumqayıt Kimya Sənaye Parkının kriteriyalarına uyğun olaraq, xarici ölkələrdən göndərilən təkliflər dəyərləndirilir və daha sonra uyğun şirkətlərə rezident statusu verilir", - deyə Z.Məmmədov diqqətə çatdırıb.

Sənaye 2016-03-17 18:19:00