×
A
A
A
Sazlamalar

Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib

Bakı, 18 dekabr, AZƏRTAC

Noyabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 742,1 kiloqramı gümüşün payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici oktyabrla müqayisədə 294,3 kiloqram çox olub.
Dekabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 556,8 kiloqram təşkil edib.

 

Sənaye 2021-12-18 13:09:00